Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ixracının ümumi dəyəri 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının ümumi dəyəri isə 1,7 milyard ABŞ dolları təşkil edib.
Eləcə də bax: Pambıq mahlıcı 1-ci, pomidor 2-ci, karbamid 3-cü yeri tutub - İXRAC İCMALI
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkənin qeyri-neft ixracı 24,2% artıb.
Hesabat dövründə meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq 376,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay ixracı isə 57,2%, artıb.
2022-ci ilin iyul ayı üzrə ixracın ümumi dəyəri 4,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 17,2% təşkil etməklə 224,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 43,7% artaraq 61,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 9,5% artaraq 162,9 milyon ABŞ dolları təşkil edib. (Report)