Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dohada Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Tani ilə görüşüb.
İlham Əliyev Türkiyə və Türkmənistan şirkətlərini Ələt Azad İqtisadi Zonasına - DƏVƏT EDİB
FED.az xəbər verir ki, “Görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərinə dair müzakirə aparılıb”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Bayramov bölgədəki cari vəziyyət, Azərbaycan hökuməti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri barədə ətraflı məlumat verib və bu istiqamətlərdə əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. “Bununla yanaşı, Ələt Azad İqtisadi Zonası çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib”, - məlumatda deyilir.
Öz növbəsində, Şeyx Mohammed bin Abdulrahman bin Jassim Al Tani Qətərin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Tərəflər qarşılıqlı maraq doğuran regional xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
Görüş Bayramovun Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətərə işgüzar səfəri çərçivəsində baş tutub.