Bu ilin yanvar-fevral aylarında Azərbaycan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatların idxal-ixracını kəskin artırıb.
Eləcə də bax: Bu il Azərbaycan 11 min tona yaxın qarğıdalı - İdxal Edib
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 21,1 milyon manat təşkil edib.
Hesabat dövründə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 1,31 %-ini təşkil edib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı 2,4 dəfə artaraq 4,9 milyon manat təşkil edib.(Report)