Azərbaycan Qazaxıstan istehsalı olan dəmir yolu lokomotivlərinin Azərbaycana idxalı və ölkəmizdən gəmilərinin bu dövlətə ixracı layihələrinin qısa zamanda həyata keçirilməsində maraqlıdır.
Zavod maliyyə cəlb edib istehsalı artıracaq - YENİ PLANLAR - BAŞ NAZİR TAPŞIRIQ VERDİ
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə görüşündə deyib.
Söhbət zamanı nazir Orta Dəhlizin rəqəmsallaşdırılmasının və nəqliyyat-logistika sahəsində “vahid pəncərə” sisteminin yaradılmasının vacibliyini vurğulayıb. M.Cabbarov hazırkı geoiqtisadi vəziyyətdə ölkəsinin Azərbaycan–Qazaxıstan iqtisadi əməkdaşlığının sürətləndirilməsində maraqlı olduğunu təsdiqləyib.