Deməliyəm ki, sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulacaq.
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibə zamanı bildirib.
Vəsaitin 100 faiz investorlar tərəfindən təmin ediləcəyini deyən dövlətimizin başçısı qeyd edib ki, bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür: “Ona görə bütün bu iqtisadi rəqəmlər, sadəcə olaraq, statistik rəqəmlər deyil. Adi vətəndaş üçün bəlkə də bu rəqəmlər o qədər böyük əhəmiyyət kəsb etmir. Ancaq hər bir vətəndaş öz həyatında bu rəqəmlərin və bu nailiyyətlərin nəticələrini təbii olaraq hiss edir”.