Bu ilin yanvar-may aylarında Azərbaycan 1,976 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.
Eləcə də bax: Azərbaycanda çayın idxalı ixracı - 12 Dəfəyədək Üstələyib
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 448 min ABŞ dolları (18,5 %) azdır.
Beş ay ərzində Azərbaycanın pambıq ixracının dəyəri isə 129,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 68,4 milyon ABŞ dolları (2,1 dəfə) çoxdur.
Hesabat dövründə pambıq üzrə idxal Azərbaycanın ümumi idxalının 0,04 %-ni, ixrac isə ümumi ixracın 1,74 %-ni təşkil edib. (Report)