2020-ci ildə Azərbaycan Gürcüstandan 30,8 milyon ABŞ dollarlıq sərmayəni geri çəkib.
Eləcə də bax: Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü - Keçiriləcək
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, ötən il geri götürülən investisiyaların böyük hissəsi - 13,9 milyon dolları I rübün payına düşüb.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan qonşu ölkənin iqtisadiyyatına 246,4 milyon dollar, 2019-cu ildə isə 35,8 milyon dollar sərmayə yatırıb. (Report)