Martın 12-də İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya səfərə gedəcək.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, nümayəndə heyətinə rəsmi şəxslər və iş adamları daxildir.
Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq, biznes forum təşkil ediləcəkdir.
Azərbaycan nümayəndə heyəti Ukraynaya səfər edəcək
17:07
9 Mart 2017