2020-ci ilin yanvar-mart aylarında Azərbaycan $113 milyon 231,89 min məbləğində 84,598 min ton meyvə-tərəvəz ixrac edib.
Eləcə də bax: Türkiyədən Azərbaycana sitrus meyvələri - İXRACI AZALIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə meyvə-tərəvəz ixracı miqdar ifadəsində 14,4% azalıb, dəyər ifadəsində 9,5% artıb.
Cari ilin yanvar-mart aylarında xaricə $43 milyon 926,8 min məbləğində 32,769 min ton pomidor ixrac edilib (2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə miqdar ifadəsində artım 53,3%, dəyər ifadəsində artım 72,5%).
Yanvar-mart aylarında aşağıdakı məhsullar ixrac olunub: meşə fındığı - $36 milyon 940,12 min məbləğində (azalma 5,2%) 6 min ton (azalma 18%), alma - $7 milyon 752,86 min məbləğində (аzalma 36,5%) 18,186 min ton (azalma 37,9%), xurma - $14 milyon 135 min məbləğində (аzаlma 21,2%) 17,947 min ton (azalma 24,7%), çay - $2 milyon 225,4 min məbləğində (artım 11%) 325,12 ton (artım 5,4%).
İnterfaks