Azərbaycan Mərkəzi Bankı kotirovka sorğuları elan edir.
AMB-dan bildirilib ki, bunlar Azərbaycan Mərkəzi Bankının internet şəbəkəsinə qoşulmasının təmin edilməsi, AMB-də istismarda olan kompüter, server və rabitə avadanlıqlarının ehtiyat hissələrinin satınalınması, AMB üçün printer və surətçıxarma aparatı kartriclərinin, dəftərxana və ofis ləvazimatlarının, təsərrüfat və azqiymətli malların, elektrik mallarının və məişət avadanlıqlarının satınalınması və AMB-nin ofislərində Avtomatlaşdırılmış Telefon Stansiyalarına servis xidməti göstərilməsi ilə bağlıdır.
İştirak haqqı Bankın internet şəbəkəsinə qoşulmasının təmin edilməsi və AMB-də istismarda olan kompüter, server və rabitə avadanlıqlarının ehtiyat hissələrinin satınalınması üzrə 20 manat, printer və surətçıxarma aparatı kartriclərinin, dəftərxana və ofis ləvazimatlarının, təsərrüfat və azqiymətli malların satınalınması üzrə 40 manat, AMB üçün elektrik mallarının və məişət avadanlıqlarının satınalınması və ofislərində Avtomatlaşdırılmış Telefon Stansiyalarına servis xidməti göstərilməsi üçün 20 manat təşkil edir.
Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 2017-ci il yanvarın 26-dək saat 17.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və yanvarın 27-də 10.00-da Mərkəzi Bankın inzibati binasında açılacaq.
Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün 493 11 22 (daxili 484) nömrəli telefonla əlaqə saxlamaq olar (əlaqələndirici şəxs - Ramin İsgəndərov)
Report©