2021-ci ilin yanvar-fevral Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub.
Eləcə də bax:Azərbaycan İtaliyaya qaz nəqlini iki dəfə - Artırıb
FED.az xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 37,6 faizini İtaliyaya, 10,9 faizini Türkiyəyə, hər biri 7,8 faiz olmaqla Hindistan və Gürcüstana, 6,3 faizini İspaniyaya, 4,4 faizini Portuqaliyaya, 4,2 faizini Ukraynaya, 4,1 faizini Çinə, 3,2 faizini Rusiyaya, 2,2 faizini Xorvatiyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,5 faizini Almaniyaya, hər biri 1,4 faiz olmaqla İsrail və Belarusa, 1,3 faizini İsveçrəyə, 4,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,3 faiz), Rusiyaya (25,8 faiz), İsveçrəyə (10,6 faiz), Gürcüstana (8,6 faiz), ABŞ-a (4,0 faiz), Çinə (2,9 faiz), Ukraynaya (1,7 faiz), Almaniyaya (1,5 faiz), Türkmənistana (1,3 faiz), İtaliyaya (1,2 faiz), İrana (1,1 faiz), Birləşmiş Krallığa (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. (Trend)