Bu ilin yanvar ayında Azərbaycan 5,650 mln ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 66,43 min ABŞ dolları və ya 1,16 % azdır.
Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 0,72 %-ni təşkil edib.