Cari ilin yanvar-iyul aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.
Eləcə də bax: Çay ixracında iki dəfəyə yaxın - ARTIM OLUB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarusdur. Rusiyaya ixrac olunan məhsulların dəyəri 472,3 milyon ABŞ dolları, Ukraynaya 328,2 milyon dollar, Belarusa isə 78,9 milyon dollar olub. (Azərtac)