Bu ilin avqust ayında Azərbaycan manatının dövretmə sürəti 3,75 bənd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 0,97 bəndi (20,6%), cari ilin iyul ayı ilə müqayisədə 0,05 faiz bəndi (1,3%) azdır.
2022-ci ilin avqust ayında Azərbaycan manatının dövretmə sürəti 4,72 faiz bəndi, cari ilin iyul ayında isə 3,80 faiz bəndi təşkil edib.