Azərbaycan 2019-cu ildə 20 min ton civarında fındıq ixrac edib.
Eləcə də bax: Ötən il bu rayon fındıq saışından - 100 MİLYON MANAT QAZANIB
FED.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. Onun sözlərinə görə, fındıq ixrac olunan ölkələr arasına bu ildən Livan da daxil olub:
"Bu il ölkəmiz xaricə 125 milyon dollar dəyərində 20 min ton civarında fındıq ixrac edib. Ötən ildən etibarən Livana 100 min dollar dəyərində 20 tona yaxın məhsul göndərilib".
İ.Orucov bildirib ki, Azərbaycandan ən çox fındıq Rusiya, Almaniya və İtaliyaya ixrac olunur.