Azərbaycan Küveytin və dünyanın aparıcı brend françayzinq operatorlarından olan "Alshaya Group" şirkəti ilə rəqəmsal ticarət və innovativ yanaşmalar sahəsində potensial əməkdaşlıq imkanlarını müzakirə edib.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bununla bağlı müzakirələr Küveytə işgüzar səfər zamanı şirkətin icraçı sədri Məhəmməd Alşaya ilə keçirilmiş görüşdə aparılıb: "Görüşdə qlobal biznes mühitində yeni imkanlar, həmçinin qabaqcıl təcrübələrin ölkəmizə transferi barədə fikirlərimizi bölüşdük".