2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehsal olunan kərə yağının həcmi illik müqayisədə 5.1% artaraq 23501,3 tona çatıb.
Eləcə də bax: Hökumət kərə yağının qiyməti ilə bağlı - QƏRAR QƏBUL ETDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatda bildirilir.
Həmçinin, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin ilk 11 ayında Azərbaycanın xaricdən aldığı kərə yağı həm miqdar ifadəsində, həm də dəyər ifadəsində 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə azdır. Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkəyə 70.1 mln. dollar dəyərində 13.5 min ton kərə yağı idxal olunub. Bu göstəricilər əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 4.4% və 9.5% azdır.