Azərbaycandan kartof ixracı artmaqdadır.
Eləcə də bax: Azərbaycan Rusiyaya kartof ixracını - Artırıb
FED.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycandan 39 milyon 851 min dollar dəyərində 91 min 814 ton kartof ixrac edilib. Dövlət Gömrük Komitəsi ixrac az olduğundan 2020-ci ilin 8 ayında kartof ixracı barədə rəqəmləri açıqlamamışdı.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin sentyabr ayının 1-nə kimi tarlalardan 828,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz çox kartof yığılıb.
Azərbaycandan ixrac olunan kartofun böyük hissəsi Rusiya bazarlarına göndərilib. (Marja)