Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin (AIC) dəstəyi ilə 1,7 milyard manatlıq 23 təşəbbüs reallaşdırıb.
Azərbaycan İnvestisiya Şirkəti yatırdığı hər 1 manata görə investorlardan 6,5 manat cəlb edib
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.
Nazirin sözlərinə görə, qeyri-neft sektorunun dayanıqlı inkişafı, bu sahəyə xarici investisiyaların cəlb olunması, müasir standartların və qabaqcıl təcrübələrin tətbiqi ilə yeni müəssisələrin yaradılması əsas prioritetlərimizdəndir: “Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin (AIC) dəstəyi ilə 19 yeni müəssisənin tikintisi daxil olmaqla, qida, tikinti, əczaçılıq, qablaşdırma, dağ-mədən, yaşılenerji və digər sahələrdə 23 təşəbbüs reallaşdırılıb. Ümumi dəyəri 1,7 milyard manat olan bu layihələr yerli istehsalın artırılmasına, idxalı əvəzləyən məhsulların istehsalının təşviqinə və məşğulluğun dəstəklənməsinə xidmət edir".