Ukrayna 2018/2019-cu kənd təsərrüfatı ilinin 10 ayının yekunları üzrə 403 min ton qənd ixrac edib ki, bu da əvvəlki kənd təsərüfatı ilinin müvafiq dövrü ilə müqayisədə 20% azdır.
Bu barədə Ukrayna Şəkər İstehsalçıları Milli Assosiasiyasının ("Ukrtsukor") məlumatında deyilir.
Cari ilin iyun ayında qənd ixracı may ayı ilə müqayisədə 40% azalaraq 24,8 min ton təşkil edib.
“Azərbaycan iyun ayında Ukrayna istehsalı olan qəndin əsas idxalçısı olaraq qalsa da, Liviya da ona rəqabət təşkil edib. İxracın ümumi həcminin 28%-i bu ölkələrin payına düşür”, – deyə assosiasiyanın İdarə Heyəti sədrinin müavini Ruslana Butılo bildirib.