Bu ilin yanvar ayı üzrə Azərbaycanda həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Eləcə də bax: Yanvarda qeyri-neft sektoru üzrə 141 milyon ABŞ dolları dəyərində mal - İXRAC OLUNUB
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, 2020-ci ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərinin ilk onluğu:
- "SOCAR Polymer" MMC;
- "Azerbaijan International Mining Copmpany";
- "MKT İstehsalat Kommersiya" MMC;
- "Land Lojistic MMC;
- "Natural Fruit" MMC;
- "P-Aqro" MMC;
- "Baku Steel Company";
- "Fresh Fruits Group" MMC;
- "Mingəçevir Tekstil" MMC;
- "Atef Şirkətlər Qrupu" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “ASK şüşə” MMC, "Bakı Neft Maşinqayırma Zavodu" TASC yer alıb.
Apa