Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında 59 ölkədən 360 min bilet alınıb.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir bilet satışından 3 milyon manata yaxın gəlir əldə olunduğunu bildirib: "Ancaq bu rəqəmlər hələ dəqiqləşdirilir. Bu işlər tam yekunlaşdıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq".