"Azexport" portalı tərəfindən ixrac üçün növbəti sərbəst satış sertifikatları təqdim edilib.
Eləcə də bax: Meyvə-tərəvəz məhsullarının ixracı 23,6 faiz - ARTIB
FED.az xəbər verir ki, təqdim olunan sərbəst satış sertifikatları iraq Respublikasına Azərbaycan istehsalı olan daha 5 adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur.
Sertifikatlar bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan, Okeaniya və Ərəb ölkələrinə, Cənubi Amerika, Afrika qitəsi, Qərbi Avropa və Cənub – Şərqi Asiya ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsulların çıxışını asanlaşdırıb. (Apa)