2021-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 907 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.3 faiz az vəsait yönəldilib.
Eləcə də bax: Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu - 3,5% azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
2021-ci ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 55 faizi sənaye, 19.4 faizi tikinti, 12.7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.3 faizi peşə, elmi və texniki fəaliyyət, 2.3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər birində 1.6 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 1.1 faiz olmaqla təhsil, dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0.9 faizi informasiya və rabitə, 0.4 faiz əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0.3 faiz inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0.2 faizi maliyyə və sığorta fəaliyyəti, 0.1 faiz istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.