2025-ci ilin yanvar-aprel aylarında əsas kapitala 5 milyard 069,3 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz az investisiya yönəldilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,3 faiz artıb.
İstifadə olunmuş investisiyanın 2578,8 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 627,6 milyon manatı (32,1 faizi) xidmət sahələrinə, 862,9 milyon manatı (17,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 772,4 milyon manatını və ya 74,4 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 969,3 milyon manatı və ya 78,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.