2023-cü ilin yanvar ayında Azərbaycan iqtisadiyyatına 1 milyard 091,7 milyon manat məbləğində investisiya yatırılıb.
Azərbaycan 2023-ə iqtisadi geriləmə ilə başladı – RƏSMİ AÇIQLAMA
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci ilin eyni dövrü, yəni yanvar ayı ilə müqayisədə 61,2 faiz artıqdır. 2023-cü ilin ilk ayında neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8 faiz azalıb, əvəzindfə qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb.
İstifadə olunmuş vəsaitin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinə, 529,0 milyon manatı (48,4 faizi) xidmət sahələrinə, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 844,2 milyon manatı və ya 77,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Yanvar ayında ölkə iqtisadiyyatına yatırılan pulların böyük hissəsi büdcə vəsaitləri olub – 47,7%. Yatırımların ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,0 faiz, bank kreditləri 2,9 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil edib.