Azərbaycanda əsas kapitala qoyulmuş vəsaitlər azalıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 786,9 milyon manat vəsait yönəldilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.9% azdır.Belə ki, ötən il kapitala yönəldilmiş vəsait 12 milyard 899,4 milyon manat olub.
Eləcə də bax:Azərbaycana investisiya qoyuluşları - AÇIQLANDI - RƏQƏMLƏR
Sərf edilmiş vəsaitin 67,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 65,7% məhsul istehsalı sahələrinə, 24,9% xidmət sahələrinə, 9,4% isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,5%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,0% büdcə vəsaitləri 27,2% bank kreditləri 7,7%, əhalinin şəxsi vəsaitləri 6,6%, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,6%, sair vəsaitlər isə 0,9% təşkil edib.