2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşları $4,3 mlrd. təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Eləcə də bax: Azərbaycana xarici investisiyalar 50% artıb – RƏQƏMLƏR AÇIQLANDI
2018-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar $4,1 mlrd. təşkil edib. Beləliklə, 2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşlarının həcmi 4,9% artıb.
Eyni zamanda, 2019-cu ilin dördüncü rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşları $1,6 mlrd. təşkil edib.
2019-cu il üçün tədiyə balansına görə, bu dövrdə birbaşa xarici investisiyaların 78,3%-i neft-qaz sektorunun payına düşüb.
Ötən il ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $930,1 mln. (azalma 3,8%), xüsusi çəkisi 21,7% təşkil edib.
AMB-nin məlumatına görə, 2019-cu ildə Azərbaycan şirkətləri xaricdə $2 mlrd. 431,7 mln. (artım 38,1%), o cümlədən neft-qaz sektoruna $978,8 mln. (artım 54,5%), digər sektorlara $1 mlrd. 452,9 mln. (artım 28,9%) məbləğində birbaşa investisiya yatırıb.
Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondunun (BVF) sonuncu tövsiyələri ilə 2013-cü ildən tədiyə balansının strukturunu dəyişib. Bununla əlaqədar tədiyə balansının strukturu xalis maliyyə aktivləri və öhdəliklərindən ibarətdir.
Ümimilikdə, 2019-cu ilin yekunları üzrə xalis maliyyə aktivləri $1 mlrd. 251,1 mln. (azalma 3,8 dəfə), öhdəlikləri $1 mlrd. 385,9 mln. (azalma 13,1%) təşkil edib. Xalis maliyyə aktivlərinin bu qədər azalması 2019-cu il dekabrın 31-nə $1 milyard 389,1 milyon səviyyəsində digər sərmayələrin mənfi göstəricisi ilə izah olunur.
2018-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşları 28,1% azalıb.
İnterfaks