Beynəlxalq Valyuta Fondu (BVF) 2017-ci ilin yekunları üzrə Azərbaycanın qeyri-neft sektorunda ÜDM-nin 2016-cı ildə qeydə alınmış 4,4% azalmaya qarşı 0,6% artacağını proqnozlaşdırır.
FED.az xəbər verir ki, fondun proqnozlarına əsasən 2017-ci ildə ÜDM 1% azalacaq, 2016-cı ildə isə azalma 3,1% təşkil edib.
2018-ci ildə qeyri-neft sektorunda ÜDM 2,8%-dək artacaq.
2017-ci ildə neft sektorunda ÜDM 3,4% azalacaq (2016-cı ildə azalma 0,8%). 2018-ci ildə bu sektorda azalma 1%-dək təşkil edəcək.
BVF-nin proqnozlarına görə, 2017-ci ildə ÜDM-nin nominal həcmi 39,2 mlrd. dollar, 2018-ci ildə 42,8 mlrd. dollar təşkil edəcək.
Azərbaycan hökuməti 2017-ci il üçün ÜDM artımını 0,3%, 2018-ci il üçün isə 1,5% səviyyəsində proqnozlaşdırır.
Bu il qeyri-seft sektorunda artım 2,6%, gələn il isə 2,9% təşkil edəcək.
Hökumətin proqnozlarına görə, 2017-ci ildə qeyri-neft sektorunda ÜDM 4,3%, 2018-ci ildə 1%-dək azalacaq.
© İnterfaks-Azərbaycan