Yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatının vəziyyəti açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verirki, 2021-ci ilin ilk iki ayında ölkədə 12 milyard 019 milyon manatlıq ümumi daxili məhsul istehsla edilib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır. Hesabat dövründə azalma həm neft, həm də qeyri-neft sektorunda qeydə alınıb. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz, qeyri neft-qaz sektorunda isə 0,4 faiz azalıb.
ÜDM istehsalının 41,2 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 0,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1201,6 manata bərabər olub.
Qeyd edək ki, 2021-ci ilin yanvıar ayında da iqtisadi geriləmə qeydə alınmışdı. Belə ki, yanvar ayında ölkədə 6 256,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdu ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% az idi. Yanvard neft-qaz sektorunda azalma 6,2 faiz olmuşdu, qeyri neft-qaz sektorunda isə 0,1 faiz artıbdır.