"Bloomberg agentliyi" ən innovativ ölkələrin reytinqini açıqlayıb. Siyahıda 50 ölkə yer alır. FED.az xəbər verir ki, Azərbaycanın adı bu siyahıya salınmayıb. Onun 2018-ci ilin hesabatında ölkələrin innovativ inkişafına görə yerdəyişmələri daha çox diqqəti cəlb edir.
“Bloomberg İnnovation İndex”in siyahısındakı ölkələr ekspertlər tərəfindən elmi-tədqiqat fəaliyyəti, biznes, istehsalat və təhsillə birbaşa əlaqəsi olan 7 meyar, kriteriya üzrə dəyərləndirmişdir. Buraya elmi tədqiqat fəaliyyəti və onun sıxlığı, istehsalata əlavə edilmiş dəyər, məhsuldarlıq, təhsilin səmərəliliyi, yüksək texnoloji müəssisə və şirkətlərin konsentrasiyası və qeydiyyata alınmış patentlərin sayı daxildir.
Reytinə 5 ildir ki, dalbadal ardıcıl olaraq Cənubi Koreya liderlik edir. İsveç və Sinqapur 2-ci və 3-cü yerləri bölüşdürürlər. İnnovativ ölkələrin reytinqində 2017-ci illə müqayisədə 2018-ci ildə 1 illik zaman kəsiyində 4 ballıq yüksəlişlə ən yüksək göstəricini Türkiyə və İtaliya bacara bilib. Türkiyə dörd pillə irəliləyərək siyahıda 33-cü yerə yüksəlib. Rusiya Federasiyası reytində ötən illə müqayisədə(26-cı yer) 1 pillə irəliləməyi bacarıb və 25-ci yerdə qərarlaşıb. Ukrayna isə 4 pillə geriləyərək 42 yerdən 46-cı yerə düşüb.
Tam siyahı: