"Bu ilin sonunadək Azərbaycandan 5 ixrac missiyası həyata keçirməyi planlaşdırırıq". Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov deyib.
R.Məmmədovun sözlərinə görə, bəzi ölkələrə iki ixrac missiyası həyata keçirilə bilər: "Sentyabrda Rusiyaya, oktyabrda Çinə, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları planlaşdırılır. Çin və Rusiya böyük ölkələr olduğu üçün, bu ölkələrə iki ixrac missiyası təşkil oluna bilər".
"Azpromo" rəsmisi deyib ki, ixracı təşviq edilən məhsulların siyahısının genişləndirilməsi də planlaşdırılır.