2017-ci il aprel ayının 27-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Fransa Respublikası Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjənin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Fonddan FED.az-a verilən məlumata görə, Ş. Mövsümov qonaqlara ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, “Cənub Qaz Dəhlizi” layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi sahəsində fəaliyyəti və bu məqsədlə ölkə Prezidenti İlham Əliyevin Fərmanı əsasında yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya tərəfindən görüləcək işlər, ölkədə mövcud iqtisadi islahatlar, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar, ölkə prezidenti tərəfindən təsdiqlənmiş “Strateji Yol xəritələri” barədə məlumat vermiş və qonaqları maraqlandıran sualları cavablandırıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Fransa arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ARDNF-nin bu ölkəyə investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Fransa arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
17:00
27 Aprel 2017