“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin təsdiqedici sənədlərinə əsasən, “Azərbaycan” İstilik Elektrik Stansiyasında 1280 MVt əlavə generasiya gücünün yaradılması layihəsi çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və ehtiyat hissələri idxal gömrük rüsumuna cəlb olunmayacaq.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 3 (üç) il müddətində qüvvədədir.