Bu ilin yanvar-aprel aylarında Azərbaycan 4 milyon 781 min dollarlıq spirtli və spirtsiz içkilər, eləcə də spirt ixrac edib.
Eləcə də bax: Azərbaycan pomidor ixracını - 41% ARTIRIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 476 min dollar və ya 48,4% azdır.
2020-ci ilin yanvar-aprel hesabatında içki ixracı Azərbaycanın ümumi ixracının 0,1%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0,9%-ni təşkil edib.
Qeyd edək ki, 4 ay ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin, spirtin dəyəri isə 18 milyon 239 min dollar təşkil edib. Bu isə bir il əvvələ nisbətən 1 milyon 91 min dollar və ya 5,6% azdır.