Azərbaycan 2022-ci ilin I rübündə ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7% - $490 milyon 183,74 minədək artırıb.
Eləcə də bax: Azərbaycana ət, süd və kərə yağının idxalı - ARTIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 182 min 864,17 ton (azalma 2,7%) buğdanın ($62 milyon 391,26 min), 132 min 183,68 ton (artım 0,002%) meyvə-tərəvəz məhsullarının ($77 milyon 155,31 min), 9 min 161,85 ton (artım 4,2%) ətin ($15 milyon 674,52 min), 40 min 537,86 ton (azalma 15,5%) bitki və heyvan mənşəli yağların ($63 milyon 101,2 min) payına düşüb.
Yanvar-mart aylarında Azərbaycana $26 milyon 910,47 min dəyərində 4 min 966,88 ton kərə yağı (artım 19,5%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 16,75%-i ərzaq məhsullarının payına düşüb. (İnterfaks- Azərbaycan)