Azərbaycan hökuməti Qubadlı rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) tütün emalı üzrə müəssisə yaradılmasında investorlara köməklik etməyə hazırdır.
Eləcə də bax: Azərbaycan tütün ixracından il ərzində $50 mln.-dan çox - QAZANA BİLƏR
FED.az xəbər verir ki, dövlət strukturları tərəfindən Qubadlı rayonu ərazisində 1192 kvadratmetr sahədə tütün emalı üzrə yerli xammaldan istifadəni və mövcud imkanların genişləndirilməsini nəzərdə tutan müvafiq layihə hazırlanıb. Layihə təqribən 1 milyon manat dəyərində (cari məzənnə ilə $588 min) qiymətləndirilir”, - deyə hökumətdəki mənbə bildirib.
Onun məlumatına görə, 1 ton quru tütünün istehsalı üçün elektrik enerjisi sərfiyyatı 135 kVt/saat, qaz sərfiyyatı – 125 kubmetr təşkil edəcək.
“Hesablamalara əsasən, 6,7 ton yaş ütündən 1 ton quru tütün alınır. Dövlət layihənin icrası üçün Qubadlı rayonunda mövcud emal müəssisəsinin özəlləşdirilməsi üçün imkanlar yaratmağa, investora güzəştli kredit təqdim etməyə və investisiyaların təşviqinə dair sənəd verməyə hazırdır”, - mənbə qeyd edib.
Hökumətin qiymətləndirmələrinə görə, layihınin əsas üstünlükləri: tütün qurudulması üzrə müəssisənin olması, quru tütün istehsalı üçün iqlim və coğrafi şəraitin uyğunluğu, yüksək ixrac imkanlarıdır.
Bütövlükdə, hazırda Azərbaycanda 10-dan çox siqaret və fermentləşdirilmiş tütünistehsalı üzrə müəssisə fəaliyyət göstərir. (İnterfaks-Azərbaycan)