Azərbaycan və Hindistan arasında nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
"Hindistanın ticarət və sənaye üzrə dövlət naziri Anupriya Patel ilə ölkələrimizin iqtisadi əlaqələrinin mövcud vəziyyəti, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə Azərbaycan və Hindistan arasında ticarət, iqtisadi, elm və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb, sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat-tranzit, İKT və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də qarşılıqlı investisiya qoyuluşlarına dair imkanlar diqqətə çatdırılıb.
Tərəflər hər iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın genişləndirilməsi və iqtisadi-ticarət əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıblar.