Azərbaycan 2023-cü ilin birinci rübünün yekunları üzrə Hindistandan tütün və onun sənaye əvəzedicilərinin ən iri idxalçılarının ilk beşliyinə daxil olub.
Yapon şirkəti Azərbaycanda tütünə 30 milyon dollar - SƏRMAYƏ YATIRIB
FED.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyindən məlumat verilib.
2023-cü ilin yanvar-mart aylarında Hindistan ümumilikdə $232 milyon dəyərində (artım 0,9%) tütün və onun sənaye əvəzedicilərini ixrac edib.
Birinci rübdə idxalçıların ilk beşliyində BƏƏ ($45,2 milyon), Belçika ($34,38 milyon), Nigeriya ($14,96 milyon), Azərbaycan ($9,53 milyon) və Sinqapur ($9,32 milyon) yer alıb.
Cari ilin yanvar-mart aylarında Hinditandan Azərbaycana tütün və onun sənaye əvəzediciləri ixracı ötən ilin analoji dövrü ilə müqayisədə pul ifadısində 9,1 dəfə artıb.
Hindistanın Ticarət və Sənaye Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin birinci rübündə Azərbaycana ixracın ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,8 dəfə artaraq $25,41 milyon təşkil edib. (İnterfaks-Azərbaycan)