2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan Gürcüstana məhsul ixracının həcmi 17,4 faiz azalaraq ümumilikdə 321,16 milyon dollar təşkil edib. Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında bildirilib.
Hesabata görə, Azərbaycan Gürcüstanın məhsul idxal etdiyi ölkələr arasında 6-cı yeri tutur.
Bu siyahıda liderliyi Kanada edir - təxminən 1,8 milyard dollar, daha sonra Türkiyə 997,8 milyon dollarla ikinci yerdə, İrlandiya isə 620,34 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
Hesabata görə, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanla Azərbaycan arasında mal dövriyyəsi 415,1 milyon dollar təşkil edib.
Trend©