Bu ilin ilk yeddi ayında Azərbaycanın Gürcüstandan idxal etdiyi yerli məhsulların dəyəri 56,1 milyon ABŞ dollarına bərabər olub.
Eləcə də bax: 2021-ci ildə Azərbaycan Rusiyadan 300 tona yaxın dondurma - İdxal Edib
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Hesabata əsasən, bu, illik müqayisədə 41,5 % çoxdur.
Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3,4 % payla qonşu ölkədən ən çox yerli mal alan ölkələrin ilk onluğunda yeddinci yerdə qərarlaşıb.
Yanvar-iyulda Gürcüstandan xaricə ixrac olunan yerli məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 % artaraq 2,28 milyard ABŞ dolları təşkil edib.
Qonşu ölkədən ixrac olunan əsas yerli məhsulların sırasına mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, mineral gübrələr, spirtli içkilər, trikotaj köynəklər, qızıl, fındıq və tərkibində şəkər olan sular, mineral və qazlı sular daxil olub. (Report)