Bu ilin yanvar-iyun aylarında Azərbaycana 31 883,61 min dollar dəyərində 18 308,27 ton ət idxal edilib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 30,6%, həcm göstəricisi üzrə isə 28,7% azdır.
Cari ilin ilk altı ayında ölkəyə 5 807,37 min dollar dəyərində (-38,9%) 3 892,10 ton (-29,1%) süd idxal olunub.
Bununla yanaşı, ölkəyə həmçinin 39 980,67 min dollar dəyərində 8 175,30 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 8,3% və 6,9% azdır. (Apa)