FED.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ixrac olunan məhsulların sektorlar üzrə bölgüsündə dövlət sektoru ixracın 47,2 faizini, özəl sektor 52,5 faizini, fiziki şəxslər 0,4 faizini təşkil edib.
Dövlət sektoru üzrə ixrac edilən məhsulların dəyəri 5 milyard 769,8 milyon dollar, özəl sektor üzrə 6 milyard 416,3 dollar, fiziki şəxslər üzrə 47,9 milyon dollar olub.
Belə ki, MDB ölkələrinə ixrac olunan məhsulların ümumi dəyəri 1 milyard 95,5 milyon dollar, Avropa İttifaqı ölkələrinə 6 milyard 145,4 milyon dollar, digər ölkələrə ixrac olunan məhsulların ümumi dəyəri isə 4 milyard 993,1 milyon dolları təşkil edib.
İxrac əməliyyatları həcminin ən yüksək həddi yanvar ayında qeydə alınıb, cari ayda ixrac edilən məhsulların dəyəri 2 milyard 130,2 milyon dollar olub. Əməliyyatların həcminin ən aşağı həddi isə may ayında müşahidə olunub və bu ayda 665,5 milyon dollar dəyərində məhsul ixrac olunub.
Azərbaycandan humanitar yük, təmənnasız kömək və texniki yardım məqsədli ixrac edilən məhsulların dəyəri isə 645,2 min dollar həcmində olub.