2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 6 mlrd. 980,3 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 4,7% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, fevrarın yekunları üzrə orta illik inflyasiya 12,5% təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 3,6% - 719,8 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 6 mlrd. 376,7 mln. manat qalır ki, bu da 2016-cı ilin yanvar-fevral aylarının göstəricisindən 4,9% çoxdur.
2016-cı ildə əhalinin nominal pul gəlirləri 8,7% artıb.