Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 11,663 mln. manat dəyərində pivə alıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,3% çoxdur. Təkcə cari ilin II rübündə əhali pivəyə 6,829 mln. manat xərcləyib. Bu, illik müqayisədə 13,2%, rüblük müqayisədə isə 41,3% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 2 574,3 min dekalitr pivə istehsal olunub ki, bu da illik müqayisədə 3,3% çoxdur. İdxala gəldikdə, ilin ilk yarısında Azərbaycana xaricdən 3,547 mln. ABŞ dolları dəyərində 193,13 min dekalitr pivə gətirilib. Bu, illik müqayisədə həcm ifadəsində 28,9%, dəyər ifadəsində isə 21,5% azdır. (Apa)