2017-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,0 faiz üstələyərək 21,7 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin 11,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,8 faiz üstələyib.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Məhsul qruplarının adları |
Satışdan gəlir, milyon manatla |
2016-cı ilin yanvar-avqust aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
21 723,0 |
102,0 |
o cümlədən: ərzaq məhsulları |
9 922,0 |
101,4 |
içkilər və tütün məmulatları |
1 061,0 |
100,1 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
3 911,4 |
103,0 |
elektrik malları və mebellər |
1 363,4 |
102,2 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
161,8 |
101,6 |
əczaçılıq və tibbi mallar |
299,9 |
101,1 |
avtomobil yanacağı |
1 113,4 |
99,8 |
digər qeyri-ərzaq məhsulları |
3 890,1 |
103,8 |
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,1 faizi fərdi sahibkarlar tərəfindən, 34,9 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,4 faiz, fərdi sahibkarlar üzrə 1,9 faiz, bazar və yarmarkalar üzrə 0,5 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 141,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.