FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında əhalinin yanacaq xərcləri 1 milyard 282,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,5% azdır. Nəzərə almaq lazımdır ki, iyul ayında A-72 markalı benzinin qiymətinin 70 qəpikdən 90 qəpiyə qaldırılması ilə artan xərclər də ümumi qənaət göstəricilərinə dəyişməyib.
Bu göstəricilərə əsasən, Azərbaycanda hər bir avtomobil sahibi yanacağa ildə 1184 manat və ya ayda 98,7 manat xərcləyir.
DSK-nin məlumatları Azərbaycanda sürücülər üçün «yay mövsümü» faktorunun formalaşdığını göstərir. Belə ki, ilk 9 ayın göstəricilərinə əsasən, ölkə əhalisinin yanaağa ən çox pul xərclədiyi ay iyul-avqustdur. Bu da yay mövsümündə avtomobillə səyahətlərin artması ilə əlaqədardır.
Yeni dərs ilinin başlanması sentyabrda da yanacaq xərclərinin yüksək həddə qalmasına səbəb olub.
Azərbaycanda əhalinin yanacaq xərcləri
Aylar | Məbləğ |
Yanvar | 131,1 mln. Manat |
Fevral | 112,3 mln. Manat |
Mart | 145,9 mln. Manat |
Aprel | 114,3 mln. Manat |
May | 138,8 mln. Manat |
İyun | 139,3 mln. Manat |
İyul | 159,2 mln. Manat |
Avqust | 172,5 mln. Manat |
Sentyabr | 169,1 mln. manat |