Azərbaycan hökuməti dövlət borclarının idarə edilməsi üzrə yeni strategiya hazırlayacaq.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı müzakirələrdə deyib.
Nazirin sözlərinə görə, hazırda neftdən asılılığın aradan qaldırılması üçün mühüm layihələr reallaşdırılır. Onların arasında yeni fiskal qaydalar da var: "Bütün bunlar yekunda iqtisadi sabitliyi təmin etməyə və xarici şokları neytrallaşdırmağa imkan verəcək".