2022-ci ilin 8 ayı ərzində Azərbaycana 193 milyon 478 min dollar dəyərində 539 min 332 ton buğda idxal edilib. Halbuki, ötən ilin 9 ayında Azərbaycan 182 milyon 729 min dollara 689 min 657 ton buğda idxal etmişdi. Qısası, Azərbaycanın idxalçıları daha çox pul xərcləyirlər, amma daha az buğda alırlar.
Eləcə də bax: Azərbaycan buğda idxalını - AZALDIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin 8 ayı ilə müqayisədə buğda idxalı dəyər ifadəsilə 71 milyon 233 min dollar və ya 58,3%, miqdar ifadəsilə 58 min 371 ton və ya 12,1% artıb. Dəyər ifadəsilə ilə artımın sürəti miqdar ifadəsilə ilə artımın sürətindən 5 dəfəyə yaxın çox olub.
2021-ci ilin 8 ayı ərzində Azərbaycana 122 milyon 246 min dollar dəyərində 480 min 961 ton buğda idxal edilmişdi.
1 ton idxal buğdasının orta statistik dəyəri ötən ilin 8 ayı üzrə 254 dollar ikən, 2022-ci ilin 8 ayında 359 dollar təşkil edib (idxal buğdası 41,3% bahalaşıb). (Marja)