"Azərbaycan Çinə kənd təsərrüfatı məhsulları ixrac edə bilər".
FED.az xəbər verir ki, bunu "Caspian European Club"un tədbirində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə deyib.
O qeyd edib ki, 2017-ci ildə Çinə rəsmi səfəri ərəfəsində bu ölkənin müvafiq qurumu ilə dövlətlərarası saziş imzalanıb: " Belə ki, Çinə məhsul göndərilməyə dair icazə alınıb. Biz məhsul göndərə bilərik ".
publika.az